CTAM beynəlxalq konfransda
“Cosmoline”
Tərcümə və Araşdırma Mərkəzi cari ilin 05-06 dekabr tarixlərində Qərbi Azərbaycan
İcmasının (QAİ) təşkilatçılığı ilə “Qayıdış
hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin
edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransda iştirak
etmişdir.
Konfrans
zamanı yerli və xarici nümayəndələr ilə CTAM-ın Qafqaz regionu üzrə eksperti Həsən
Əhmədov arasında elmi müstəvidə müzakirələr aparılmışdır. Böhrandan sonra uşaqların dözümlülüyü
üzrə mütəxəssis Osamudiamen Otasowie, Amerika Dini Azadlıq Mərkəzinin baş
direktoru Cannah Skott, İrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani, Çexiya-Azərbaycan
Elm və Mədəniyyət Mərkəzinin sədri, professor Azər Kərimov Qərbi azərbaycanlıların
öz dədə-baba torpaqlarına ədalətli qayıdış hüququnu dəstəklədiklərini
bildirmişlər.